QR CodeQR Code

Misirin xətibi Ərdoğana qarşı çıxdı

islamtimes , 19 Sep 2011 20:52

Translator :

İslamtimes - “O Misir inqilabının mənəvi atası deyil”


islamtimes.org/az/ - Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Misirə səfəri ölkə rəhbərliyi tərəfindən müsbət qarşılansa da bəzilərinin etirazına səbəb olub.

Misir inqilabçılarının xətibi kimi məşhur olan Şeyx Məzhər Şahin Cümə günü Qahirənin Təhrir meydanındakı məscdiddə Cümə xütbəsi zamanı bir mənalı qarşılanmayan ifadələr işlədib.
Şeyx xütbəsi zamanı bildirb ki, xalqın Türkiyə baş nazirini belə bir coşqu ilə qarşılaması qəhrəman Misir xalqına yaraşmayan haldır.

“Məgər o Misir inqilabının mənəvi atasıdır, yoxsa müsəlmanların fatehidir ki, bu cür qarşılanır?. Ərdoğan müsəlmanların xəlifəsi də deyil. Ərdoğana xilasedici bir şəxsiyyət kimi baxmaq düzgün deyil. Misirin xilaskarı qəhrəman Misir xalıq oldu, Ərdoğan yox”


Story Code: 99876

News Link :
https://www.islamtimes.org/az/news/99876/misirin-xətibi-ərdoğana-qarşı-çıxdı

Islam Times
  https://www.islamtimes.org