QR CodeQR Code

Fələstin tanınması üçün bu həftə BMT-yə müraciət edəcək

20 Sep 2011 12:03

IslamTimes - Fələstin Muxtariyyatının lideri Mahmud Abbas müstəqil dövlət kimi tanınmaları və BMT-yə üzv qəbul edilmələri üçün müraciətin hazır olduğunu açıqlayıb.


Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o, BMT-yə müraciətin cümə günü təqdim olunacağını söyləyib. 

Son zamanlar dünyanın bir çox ölkələri işğalçı İsrail rejiminə nifrət bəslədiklərini açıqlayaraq, Fələstini müstəqil dövləti olaraq tanıdıqlarını açıqlayıblar.

Amma bütün bunlara baxmayaraq İsrailin Avropadakı bir neçə müttəfiqi və ABŞ Fələstini bu niyyətindən çəkindirməyə çalışırlar. Amma Mahmud Abbas BMT-nin baş katibi Pan Gi Munla görüşüb. O, muxtariyyatın müstəqilliyinin tanınmasında israrlı olduqlarını bildirib.


Story Code: 99999

News Link :
https://www.islamtimes.org/az/news/99999/fələstin-tanınması-üçün-bu-həftə-bmt-yə-müraciət-edəcək

Islam Times
  https://www.islamtimes.org