QR CodeQR Code

Rusiyanın Rostov şəhərində təyyarə süqut edərək 62 nəfər ölüb

Apa , 19 Mar 2016 16:00

İslamtimes - Rusiyanın Rostov şəhərində qəzaya uğrayan təyyarədə həlak olanlar arasında Azərbaycan vətəndaşı yoxdur.


Bunu APA-ya “Ümumrusiya Azərbaycanlılar Konqresi” İctimai Təşkilatının Rostov regional bölməsinin sədri Şakir Allahverdiyev deyib. O bildirib ki, məsələ ilə bağlı yerli hakimiyyət nümayəndələri ilə əlaqə saxlayıb. “Mən ölən şəxslərin siyahısını əldə etdim, televiziyada da siyahıya baxdıq. Onların arasında Azərbaycan vətəndaşı yoxdur”.

Xartırladaq ki, daha əvvəl Rusiya mətbuatında (“rostov.kp.ru” saytı) qəzaya uğrayan təyyarənin göyərtəsində Rusiya vətəndaşları ilə yanaşı, Azərbaycan, Ukrayna və Hindistan vətəndaşları olduğu barədə məlumat yayılmışdı.

***

Təyyarədə 44 Rusiya, 8 Ukrayna, 2 Hindistan və 1 Özbəkistan vətəndaşı olub
Rostov-na-Donuda qəzaya uğramış "Fly Dubai" aviaşirkətinə məxsus təyyarədə olan sərnişinlərin və ekipaj üzvlərinin vətəndaşlığı məlum olub.

"Report" aviaşirkətin yaydığı məlumata istinadən xəbər verir ki, göyərtədə olan 62 nəfərdən 7-si ekipaj üzvü olub.

Qəzaya uğramış təyyarənin göyərtəsində 44 Rusiya, 8 Ukrayna, 2 Hindistan və 1 Özbəkistan vətəndaşı olub.

Ekipaj üzvləri isə Kipr, İspaniya, Kolumbiya, Seyşel adaları, Qırğızıstan və Rusiya vətəndaşları olub.

Xatırladaq ki, Dubaydan Rostov-na-Donu şəhərinə uçan "Boeing 737-800" sərnişin təyyarəsi bu gün səhər saatlarında Rostovda pis görüntü şəraitində eniş edərkən qəzaya uğrayıb. Rusiya FHN-in məlum


Story Code: 528389

News Link :
https://www.islamtimes.org/az/video/528389/rusiyanın-rostov-şəhərində-təyyarə-süqut-edərək-62-nəfər-ölüb

Islam Times
  https://www.islamtimes.org