QR CodeQR Code

Səudiyyə şahzadəsi İsrail rejimini müharibə törətməyə təşviq edir

Deyerler , 15 Nov 2018 16:03

İslamtimes - Səudiyyə rejiminin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın diqqətləri Qaşıqçı cinayətindən digər istiqamətə çəkmək məqsədilə İsrail rejimini HƏMAS-la müharibə üçün inandırmağa çalışdığı iddia olunub.


Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Səudiyyə rejiminin bəzi mənbələri tərəfindən verilən məlumatlara görə, Qaşıqçı cinayətinin hələ də gündəmdə qalması və Türkiyənin səsyazmaları prosesə zərər verməyə başlaması səbəbindən vəliəhd şahzadə İsrail rejimini HƏMAS-la müharibə üçün inandırmağa çalışır.
 
 
Əldə olunan məlumatlara görə, kral məhkəməsi, xarici işlər və müdafiə nazirlikləri və kəşfiyyat xidməti üzvlərindən ibarət bir komanda hər 6 saatdan bir vəliəhd şahzadə Məhəmməd bin Salmanı məlumatlandırır.
 
Şahzadə Salmana verilən tövsiyələrə görə, Qəzzada baş verəcək bir müharibə Trampın diqqətini dağıdacaq və Səudiyyə Ərəbistanının İsrail rejiminin strateji maraqlarını dəstəkləyən roluna diqqət yetirəcək.
 
Digər tərəfdən, Alwaght qəzetində dərc olunan təhlil yazısına görə, Salmana verilən tövsiyələr arasında Türkiyəni hər mənada tərəfsizləşdirmək da var. Bunun isə, Ərdoğana müxtəlif silah alışı təkliflərini etməklə təmin olunmasına çalışılacağı iddia olunub.
 


Story Code: 761400

News Link :
https://www.islamtimes.org/az/video/761400/səudiyyə-şahzadəsi-israil-rejimini-müharibə-törətməyə-təşviq-edir

Islam Times
  https://www.islamtimes.org