0
Saturday 2 February 2019 - 16:19

Sarı jiletlilər: “Avropa Parlamenti seçkilərinə hazırlaşırıq”

Story Code : 775725

Deyerler.org Euronews-a istinadən xəbər verir ki, Valette BFMTV kanalına verdiyi açıqlamasında, 26 mayda keçiriləcək AP seçkilərində iştirak etmək istədiklərini, bunun üçün “Sarı Jiletli Vətəndaşlar İttifaqı” adlandırdıqları bir siyahı hazırladıqlarını bildirib. Daha demokratik və sosial bir Avropa inşa etməyi qarşılarına məqsəd qoyduqlarını söyləyən Valette, rəsmi olaraq seçkilərə getmək üçün lazım olan əməliyyatları və işləri apardıqlarını söyləyib.
 
Digər tərəfdən, sarı jiletlilərdən İnqrid Levavasso bir neçə gün əvvəl mətbuata verdiyi açıqlamasında, AP seçkilərinə qatılmaq üçün “Vətəndaşları Birləşdirmək Təşəbbüsü” adı ilə başqa bir siyahı təşkil etdiyini və özünün siyahının başında olduğunu qeyd etmişdi.
 
Levavasso Sarı jiletlilər hərəkatının fransızların qəzəbinin siyasi bir layihəyə çevrilməli və problemlərinə həll gətirməli olduğunu bildirərək, bu səbəbdən siyasətə daxil olacaqlarını açıqlamışdı.
 
Sarı jiletlilərdən Patrik Cribouv da AP seçkilərində iştirak etmək üçün “Sarı Birlik” adı ilə digərlərindən ayrı olaraq bir siyahı hazırladığını bildirmişdi.
 
Sarı jiletlilər AP seçkilərinə qatılmaq üçün 79 namizədin olduğu bir siyahı formalaşdırmalıdır.
 
Source : Deyerler
Tagged
fransa
Comment