QR CodeQR Code

Pakistan əhalisi Bin Salmanın bu ölkəyə səfərinə etiraz etdilər

Nur-az.com , 16 Feb 2019 11:44

Islamtimes - Bu gün Pakistan bir sıra şəhərləri, o cümlədən Ravialpindi şəhərinin əhalisi Ərəbistan vəliəhdi Məhəmməd bin Salmanın bu ölkəyə səfərinə etiraz olaraq aksiya keçiriblər.


Aksiya iştirakçıları Ərəbistan rejimini regionun məzlum xalqlarına qarşı hücumda günahlandırıb və onu pisləyiblər.
İctimai fəallar, tələbə təşkilatlarının üzvləri və digər ictimai təşkilatların üzvləri Səudiyyə Ərəbistanı, Amerika və sionist rejimin işğalçılıq siyasətləri əleyhinə şüarlar səsləndiriblər. Onlar Bin Salmanın Pakistana səfərini pisləyən plakatlar qaldırıblar və onu qatil, insan haqlarını pozan adlandırıblar.
Qeyd edək ki, Yəməndə günahsız insanları kütləvi şəkildə qətlə yetirməsinin ardınca, İstanbul konsulluğunda jurnalist Kaşikçini elektrik mişarla doğrayaraq qətlə yetirməsindən sonra region əhalisi Bin Salmanı kinayə olaraq “mişar atası” adlandırır.


Story Code: 778298

News Link :
https://www.islamtimes.org/az/video/778298/pakistan-əhalisi-bin-salmanın-bu-ölkəyə-səfərinə-etiraz-etdilər

Islam Times
  https://www.islamtimes.org