0
Wednesday 2 October 2019 - 12:39
Səudiyə qüvvələrinə qarşı

Ənsarullahın uğurlu hərbi əməliyyatı

"Nəsrom-menəllah"
Story Code : 819618
Related FileӘnsarullah Sәudiyyә Әrәbistanının içәrisindә, Nәcran bölgәsindә keçirtdiyi vә 72 saat davam edәn әmәliyyatda sәud rejiminin 3 briqadasını mәhv edәrәk 7 min nәfәri әsir götürüb. Bunların arasında yüksәk rütbәli zabitlәrin olduğu da deyilir. Bundan әlavә yüzlәrlә sәud әsgәrinin döyüşdә hәlak olduğu haqqında da mәlumat yayılıb. Maraqlı olan budur ki, hüsilәr Әrәbistanın Amerikadan aldığı 200 zirehli maşınını qәnimәt kimi әlә keçirib.
Bu xәbәri oxuyanda bir tәrәfdәn sevindim, amma eyni zamanda daxilimdә bir utanc hissi baş qaldırdı. Bir anlıq son 5 ildә Yәmәndә yaşanan insanlıq fәlakәtini xatırladım. Sevinmәyimin sәbәbi bu idi ki, dünyanın bütün imperialistlәri әliyalın vә ayaqyalın olmalarına baxmayaraq, mübariz ruha malik bir topluma qarşı birlәşsәlәr dә, xeyri yoxdur, qalib gәlә bilmәdilәr.
Yadıma Yəmən Dirənişinin Lideri Әbdul-Malik Əl-Husinin Səud vәliәhdi ben Salmana xitabən dediyi sözlәr düşdü:
Pul səninlə, neft səninlə, hava, quru, dəniz qüvvələri səninlə, terroristlər səninlə, ABŞ, İsrail, İngilis, Fransa vә әrәb ölkәlәrinin çoxu səninlə. Amma qazana bilmirsənsə, yәqin bil ki,
ALLAH (c.c.) SӘNİNLӘ DEYİL!!!
Utandım ki, 25 ildir ki, milyardlarla dollarlıq әn müasir silahlar alınması ilә öyünәnlәrin lazım gәlsә, Qarabağı bir günә azad edәcәklәri haqqında ağız dolusu danışmalarına baxmayaq atәşkәs dövründә hәr gün günahsız әsgәrlәrimiz düşmәn güllәsinә tuş gәlirlәr.
Bir dә, hüsilәrin döyüş meydanında düşmәnlәrә yaşatdığı ağır mәğlubiyyәtlәr bir daha sübut etdi ki, әgәr tәrәfdaşlarını doğru tәyin etmisәnsә, düşmәn kim olur-olsun, sәnә qalib gәlә bilmәz!
 
Comment


Related files