0
Sunday 11 October 2020 - 19:01

Hikmət Haciyevlə müsahibə

Story Code : 891482
Related FileHikmət Hacıyev: Ayətullah Xamenei tərəfindən qoyulmuş bir strateji xəttə uyğun olaraq, onun müşaviri və İran Prezidenti Aparatının rəhbəri və digər rəsmilər tərəfindən Azərbaycanın haqq səsinə dəstək ifadə olundu ki, bu Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilir. Ayətullah Xamenei qeyd etdiyi kimi, Dağlıq Qarabağ müsəlmanların torpağı, müsəlman azərbaycanlıların torpağı və tarixi məkanımızdır. Birinci Qarabağ müharibəsi dövründə dost və qardaş İran ölkəsi tərəfindən humanitar dəhliz yaradılmasaydı, çox sayda insan itkisi ilə faciə ilə qarşılaşardıq.

P.S. Gələk əsas məsələyə:

İlin-günün bu vaxtında, düşmənlərimiz xristian dünyasını da arxasına alaraq bizə qarşı rəsmən müharibə edir. Dinc şəhərlərimizi bombalayırlar, cəbhədə təxribatlar törədirlər. Bütün bunların qarşılığında isə bizim bəzi insanlarımız nə edirlər?
Deməli, hadisələr başalayan gündən ta bu günə kimi ancaq İranı söydülər. Bəhanələri də bu oldu ki, nədi-nədi İran hər iki tərəfi sülhə çağırış edib. İndi də dünənləri atəşkəs elan olunub, həmin adamcığazlar parta-part yazır ki, bu atəşkısə İran niyə sevindi? Çox qəribə təfəkkürü olanlarla qarşı qarşıyayıq ki, buna çox təəssüf edirəm. Söyməklə bir iş açmaz. Artıq o qədər qərəzlidirlər ki, bizi dəstəkləyən İranın samballı azərbaycanlı din xadimlərini də söyməyə, təhqir etməyə başlayıblar. Demək ki, bu təhqir məsələsi tək dəstək məsələsinə görə deyil, ümumiyyətlə şiyəliyə qarşı, şiəliyi bölməyə başladılmış bir məqsədyönlü kompaniyanın bir hissəsidir. Bu kompaniyaya da çox təəssüf ki, adda özünə şiə deyən bir qrup dindar və "ilahiyyatçılarımız" da qoşulub. Onlara burdan demək istəyirəm ki, düşmən qazanmaq lazım deyil. Bu işlərdə onların bizə yox, bizim onlara ehtiyacımız var. Çox özünüzü yırtmayın, eqoist hərəkətlər etmıyin. Biz bir müsəlman dövləti kimi bizim İran da daxil olmaqla bütün müsəlman ölkələrinə ehtiyacımız var. Bu vacib məsələdir.

Əslində isə Azərbaycan bu işlərdə nə etməlidir: Azərbaycan xristian ölkələrinə məhəl qoymayaraq özünü mərkəz kimi, başda Türkiyə və İran olmaqla bütün müsəlman ölkələrini bizim bu haqq işimizdə həmrəyliyə səsləməlidir və xalq olaraq da biz də bu işdə ölkəmizin bu qərarlarını dəstəkləməliyik. Vəssalam.
Comment


Related files