0
Tuesday 18 May 2021 - 12:19

Fələstinli müqavimət qrupları Ali Məqamlı Rəhbərə təşəkkür ediblər

Story Code : 933167
Fələstin müqavimət hərəkatlarının ünvanladığı bu məktublarda İran İslam Respublikası və Ali Məqamlı Rəhbərin Fələstin xalqının müqavimətini dəstəkləməsi, sionist rejimini rəsmi olaraq tanımaması, Qüdsü-şərifin azad olacağı vaxta kimi müqavimət yolunun davam edəcəyini vurğulamasına görə bir daha təşəkkür edilib, Ali Məqamlı Rəhbərin bu ilin Beynəlxalq Qüds Günündəki bəyanatını Fələstinin azadlığı üçün yol xəritəsi adlandırılıb.
Fələstinin Qurtuluş Xalq Cəbhəsi (Baş Komandanlıq və Siyasi Ofis), FƏTH Hərəkatı, Fələstinin Qurtuluş Xalq Cəbhəsinin Dəməşq Bölməsi, Fələstin Xalq Mübarizə Cəbhəsi, Fələstin Qüvvələri Koalisiyasının Fələstin Bölməsi, Fələstin Qüvvələri Koalisiyasının Dəməşq Bölməsi bu məktublarda İran İslam Respublikasının İslam ölkələrinin arasında vəhdət və müqavimət mehvəri olaraq rolunu vurğulayıblar, Fələstin ideyalarını diri saxladığı üçün şəhid Qasim Süleymaninin adını və xatirəsini uca tutublar.
Qeyd edək ki, Ali Məqamlı Rəhbər 7 may Beynəlxalq Qüds Günü televiziya vasitəsilə fars və ərəb dillərində etdiyi canlı çıxışında müqavimət qüvvələrinin gücünün kəmiyyət və keyfiyyət baxımından inkişafına toxundu, işğal edilmiş ərazilərdə güc balansının İslam dünyasının xeyrinə dəyişdiyini bildirdi.
Həzrət Ayətullah Xamenei sionist rejiminin tənəzzül və çöküşə doğru getdiyini vurğuladı, Fələstinin daxilində və ondan xaricdə yaşayan bütün fələstinlilər arasında Fələstinin siyasi quruluşunu təyin edəcək referendum keçirilənədək bu qəsbkar rejimə qarşı mübarizənin aparılmasının lüzumunu qeyd edərək dedi: “Fələstin mücahidləri qəsbkar rejimə qarşı qanuni və əxlaqi mübarizələrini o qədər davam etdirməlidirlər ki, nəhayət, bu tələbin qəbul edilməsi məcburiyyəti yaransın.”
 
Comment