0
Thursday 10 February 2022 - 11:31

Hindistanın ştatlarından birində müsəlman qadınlar dərslərdə iştirak edə bilmirlər

Story Code : 978206
Related File
Üçüncü həftədir ki, Hindistanın ştatlarından birində müsəlman qadınlar dərslərdə iştirak edə bilmirlər. Administrasiya hicaba qadağa qoyub. Hakimiyyətin bu qərarı İslamofobiyanın artmasına səbəb oldu. Bu qəhrəman - Karnatakada kollec tələbəsi olan Muskan kişi izdihamından qorxmurdu. Başqalarına zərər verməmək şərti ilə hər bir insan din və həyat qaydalarını seçməkdə azaddır.
İslam ədalətsizliyə qarşı duran, polad iradə və ürəklə haqqı müdafiə edən hər kəsi alqışlayır.
Həmin qızla müsahibənin bir hissəsini təqdim edirik:
- De görüm, Muskan, bu gün ətrafınızda yolunuzu kəsən kişi izdihamı ilə kollecə getməyə qorxdunuzmu?
- Yox, qorxmadım və qorxmayacağam. Mən hicab bağlamışam və buna heç kim mane ola bilməz.
- Bu izdiham arasında tək gəzəndə müəllimlər sizi qorudu?
- Bəli, heç kim məni incitmədi, müəllimlərim mənə dəstək oldular, içəri apardılar.
- Kollecdə heç kim hicabınızdan narazılığını bildirməyib?
- Yox, mən tam sakit şəkildə hicabda gəzirəm, əsas yaylığım yox, dərslərimdir. Bu gün 5 dostum dərsə gedə bilmədiyi üçün ağlayırdılar - onlar da "hicabını çıxar, ya evə get" qışqıraraq yolu bağladılar və evə qayıtmalı oldular.
- Küçədə gəzməkdən qorxursunuz, yoxsa dərs oxumağa?
- Yox, qorxmuram, çünki mənim üçün dinim, təhsilim prioritetdir. Qorxacaq bir şeyim yoxdur.
Tagged
hindistan
Comment


Related files