Islam Times 5 Oct 2022 122022000000Wed, 05 Oct 2022 12:12:13 +0330 12:12 https://www.islamtimes.org/az/news/1017718/moskva-qərb-müharibəni-rusiya-ərazisinə-çəkməyə-çalışır -------------------------------------------------- Title : Moskva: Qərb müharibəni Rusiya ərazisinə çəkməyə çalışır -------------------------------------------------- İslamTimes: Rusiyanın Vaşinqtondakı səfiri xəbərdarlıq edib ki, ABŞ və onun müttəfiqlərinin Kiyevə hərbi məhsulların tədarükü nəinki uzunmüddətli qan tökülməsinə eyni zaanda yeni itkilərə səbəb olur. Text : O bildirib ki, həmçinin bu Moskva ilə Qərb arasında birbaşa hərbi münaqişə riski deməkdir. Rusiyanın Amerikadakı səfiri Anatoli Antonov çərşənbə günü xəbərdarlıq edərək deyib: Vaşinqtonun Kiyevi ağır silahlarla təmin etmək qərarı onun münaqişələrin fəal iştirakçısı statusunun təsdiqidir. Biz ABŞ-ın bu addımını ölkəmizin strateji maraqlarına birbaşa təhlükə kimi qiymətləndiririk. Rus diplomatının fikrincə, ABŞ və onun müttəfiqlərinin Kiyevə yeni hərbi məhsulların tədarükü təkcə uzunmüddətli qan tökülməsinə və yeni itkilərə səbəb olmayacaq, eyni anda birbaşa Rusiya iə müharibə riski yaradacaq. “Tas” agentliyinin məlumatına görə, Antonov sözünün davamında ABŞ-dan faciəvi nəticələrə səbəb ola biləcək təxribatçı hərəkətləri dayandırmağı istəyib.