Islam Times 5 Dec 2021 162021000000Sun, 05 Dec 2021 16:20:24 +0330 16:20 https://www.islamtimes.org/az/news/967010/husi-lider-səudiyyə-rejiminin-sülh-planına-inanmadığını-bildirdi -------------------------------------------------- Title : Husi lider Səudiyyə rejiminin "sülh" planına inanmadığını bildirdi -------------------------------------------------- İslamTimes: Məhəmməd Əli əl-Husi Səudiyyə Ərəbistanının sülh planını “qeyri-real” adlandırıb. Text : Yəmənin Ali İnqilab Komitəsinin rəhbəri və Ənsarullah hərəkatının yüksək rütbəli üzvü Tvitter hesabında Səudiyyə Ərəbistanının sülh təşəbbüsünün “primitiv və qeyri-real” olduğunu bildirib. O yazıb: "Bizim təşəbbüsümüz Səudiyyə Ərəbistanı ilə danışıqlar sonrası gəlinən nəticə yox, Yəmən xalqı üçün atdığımız addım idi. Səudiyyə Ərəbistanı bəzən uğursuz əməliyyatlarının dağıntıları altında, bəzən də qeyri-real tələbləri arasında çırpınaraq, çarəsiz vəziyyətdə qalır." Əl-Husi əlavə edib: “Mərib şəhərində baş verənlər, ölkəmiz naminə, təcavüzə son qoyulması, mühasirənin aradan qaldırılması, xalqın mənafeyinin nəzərə alınması üçün idi. Bu müharibə Səudiyyə Ərəbistanı üçün dağıdıcı oldu.”