Islam Times 17 Jun 2021 192021000000Thu, 17 Jun 2021 19:46:39 +0430 19:46 https://www.islamtimes.org/az/news/938616/husilər-pua-larla-səudiyyə-ərəbistanın-hava-limanını-hədəfə-aldıqlarını-bildiriblər -------------------------------------------------- Title : Husilər PUA-larla Səudiyyə Ərəbistanın hava limanını hədəfə aldıqlarını bildiriblər -------------------------------------------------- İslamTimes: Husilər iki ədəd PUA ilə Səudiyyə Ərəbistanın Əbha hava limanını vurduqlarını bildiriblər. Text : SalamNews xəbər verir ki, bu barədə mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələri”nin sözçüsü briqada generalı Yəhya Səri rəsmi tvitter səhifəsində yazıb. Bildirilib ki, “Yəmən Silahlı Qüvvələri iki ədəd “Qasif-K2” PUA-sı ilə Səudiyyə Ərəbistanın cənubunda Əbha hava limanını dəqiqliklə hədəfə alıb.” Əlavə edilib ki, “bu, Səudiyyə Ərəbistanı və koalisiyasının təcavüzləri və Yəməni mühasirədə saxlamasına təbii cavabdır.” Eyni zamanda Səudiyyə Ərəbistanın hərbi koalisiyası Xams-Mşit bölgəsində Yəməndən gələn PUA-nın havadan müdafiə tərəfindən vurulduğunu bəyan edib. Qeyd edək ki, Səudiyyə Ərəbistanı koalisiyası 2015-ci ilin martından başlayaraq Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb.