Islam Times 27 Nov 2022 152022000000Sun, 27 Nov 2022 15:35:33 +0330 15:35 https://www.islamtimes.org/az/news/1027186/rusiya-amerika-korona-virusunun-süni-patogenini-istehsal-edib -------------------------------------------------- Title : Rusiya: Amerika "korona virusunun süni patogenini" istehsal edib. -------------------------------------------------- İslamTimes: Rusiya ABŞ-ın "Omikron ştammı və Vuhanın əsas ştammı əsasında koronovirusun sintetik patogenini" istehsal etdiyini iddia edib. Text : Amerikalılar tərəfindən hazırlanmış hibrid virus yoluxmuş laboratoriya heyvanlarının 80%-ni öldürüb. Anadolu xəbər agentliyinin məlumatına görə, bioloji və kimyəvi müdafiə qüvvələrinin rəhbəri İqor Krılov mətbuat konfransında deyib: "Amerikalılar tərəfindən istehsal edilən bu dəyişdirilmiş virus yoluxmuş heyvan nümunələrinin 80%-ni öldürdü və anormal nevroloji simptomlara və ağciyərlərə ciddi ziyan vurdu." O əlavə edib ki, Bu dəyişdirilmiş virus Boston Universiteti tərəfindən istehsal edilib. İqor Krılov sözlərinə əlavə olaraq, Amerikanın üçüncü ölkələrdə hərbi bioloji fəaliyyətlərini davam etdirdiyini və insident riskinin yüksək olması səbəbindən bu sınaqları xaricdə keçirməyə üstünlük verdiyini deyib.