Islam Times 21 Nov 2022 002022000000Mon, 21 Nov 2022 00:33:54 +0330 0:33 https://www.islamtimes.org/az/news/1025854/iran-xin-nüvə-proqramını-davam-etdirəcəyini-bildirib -------------------------------------------------- Title : İran XİN nüvə proqramını davam etdirəcəyini bildirib -------------------------------------------------- İslamTimes: İran heç vaxt təzyiqlərə təslim olmayacaq. Text : APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib. O bildirib ki, Qətnamənin Beynəlxalq Atom Enerjisi Təşkilatınını Hakimlər Şurasının son iclasına təqdim edilməsi, İrana təzyiqləri artırmaq məqsədilə ABŞ və üç Avropa ölkəsi tərəfindən edilib. “İran heç vaxt təzyiqlərə boyun əyməyəcək, İran öz dinc nüvə proqramını ölkənin ehtiyaclarına, qoşulduğu beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə uyğun olaraq davam etdirəcək”,- deyə Nasir Kənani bildirib.