Islam Times 6 Aug 2022 112022000000Sat, 06 Aug 2022 11:00:47 +0430 11:00 https://www.islamtimes.org/az/news/1007881/çin-rusiya-terrorizmlə-mübarizədə-əsas-rol-oynayır -------------------------------------------------- Title : Çin: Rusiya terrorizmlə mübarizədə əsas rol oynayır -------------------------------------------------- İslamTimes: Amerikanın "Rusiyanın terrorizmi dəstəkləyən ölkə olaraq tanınması" tələbinə Çindən reaksiya gəlib Text : Çin Xarici İşlər Nazirliyi Rusiyanın terrorizmi dəstəkləyən ölkə olaraq tanınması ilə bağlı ABŞ-ın tələbinə münasibət bildirib. Çin hakimiyyəti bildirib ki, Rusiya Qlobal Birliyin terrorizmlə mübarizəsində mühüm, həlledici rol oynayan qüvvədir və Amerikanın şər ritorikası bu reallığı dəyişməyəcək. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq bildirib ki, Rusiya Beynəlxalq İctimaiyyətin terrorizmlə mübarizəsində mühüm qüvvədir və rəsmi Moskva terror təhlükəsi ilə mübarizədə fəal və konstruktiv rol oynayır. Hua Çunyinq sözlərinin davamında bildirib: "Bu hər kəsə bəllidir ki, ABŞ həmişə özbaşına olaraq digər ölkələrə damğa vurub. Amerika başqa ölkələrə təzyiq etmək və onları çəkindirmək üçün digər ölkələrin ünvanına pis niyyətli sözlər yaymağa, hər cür əsassız ittihamları irəli sürməyə öyrəşib."