Islam Times 25 Dec 2012 102012000000Tue, 25 Dec 2012 10:28:22 +0330 10:28 https://www.islamtimes.org/az/news/224681/rusiya-və-hindistandan-irana-dəstək -------------------------------------------------- Title : Rusiya və Hindistandan İrana dəstək -------------------------------------------------- IslamTimes - "Rusiya və Hindistan İran İslam Respublikasının nüvə enerjisindən sülh məqsədlərdə istifadə etmə haqqını rəsmi şəkildə tanıyır." Text : "IslamTimes" Rusiyanın "Novosti" informasiya agentliyinə istinadən xəbər verir ki, Vladimir Putinin Hindistana rəsmi səfəri əsnasında hər iki ölkə tərəfindən imzalanan müştərək bəyanatda təkidlə vurğulanır: "Rusiya və Hindistan İran İslam Respublikasının nüvə enerjisindən sülh məqsədlərdə istifadə etmə haqqını rəsmi şəkildə tanıyır." Bu bəyanatda deyilir: "Rusiya və Hindistan İran nüvə proqramı ilə əlaqəli ortaya çıxmış problemlərdən olduqca narahatdır və uyğun problemlərin yalnız siyasi, danışıqları yolu ilə həll edilməsi tərəfdarıdır."