Islam Times 26 Sep 2011 212011000000Mon, 26 Sep 2011 21:44:26 +0330 21:44 https://www.islamtimes.org/az/news/101731/nyu-york-düşüncələri-bmt-nin-son-iclasının-analizi -------------------------------------------------- Title : Nyu-York düşüncələri, BMT-nin son iclasının analizi -------------------------------------------------- IslamTimes - BMT-nin sentyabr ayında Nyu Yorkda keçirilən ümumi toplantısı səsküylü ötsə də, onun nəticələri aydın deyil. Text : BMT-nin Nyu-Yorkda sentyabr ayında keçirilən ümumi toplantısı səs-küylü olduğu qədər nəticəli oldumu? Bu toplantıda hər bir dövlətin xarici siyasətdə aktual mövzulara münasibəti və təklif etdiyi həll yolu nəzərdən keçirilməli idi. Bu baxımdan BMT toplantısında müzakirəyə çıxarılan mövzular müştərək problemlər olmalıdır. Fərqli fikirlər dinləmək, daha faydalı yol seçmək imkanı şübhəsiz ki, faydalıdır. Başqa bir formatda hansısa toplantı nəzərdə tutulmur. Hazırda dünyanın əksər beynəlxalq təşkilatları qapalı mühitə çevrilib, hansısa ölkələrin əlində bir vasitə funksiyası daşıyır. Bəzi beynəlxalq təşkilatlar da sadəcə imperialist dövlətlərin təhlükəsizlik xidmətinin bir şöbəsi rolunu oynayır. Bir dövlətin işinə birbaşa müdaxilə çətin olduqda həmin beynəlxalq təşkilatlar meydana atılır. Əslində BMT toplantıları dünyanın problemlərinin müzakirəsi üçün münasib fürsətdir. Bütün bunlara baxmayaraq şahid oluruq ki, zaman ötdükcə bu toplantılar öz funksiyasını yerinə yetirmir, xaraktersiz bir qruma çevrilir. Artıq bu təşkilatda siyasətçilər fərqli fikirlərlə çıxış etmək imkanından məhrum olur və BMT formal bir qruma çevrilir. Artıq BMT-nin toplantıları pərdəarxasından əmrlər əsasında tənzimlənir, bundan da pisi beynəlxalq əlaqələrdə təxribatçı bir rol oynayır. Hansı ki, dünya ölkələri məhz bu qrumun toplantılarında öz mövqelərini bildirməli və müştərək mənafelərə uyğun qərarlar çıxarılmalıdır. BMT hazırda öz müsbət təsirini tamamilə itirmək ərəfəsindədir. İlkin və mühüm məsələ budur ki, BMT ən aktual problemləri müzakirə edib, həll yolları tapmaq əvəzinə kimlərinsə strategiyasına xidmət edir. Məsələn, İran haqqında oxşar ampuluada çıxışlar bu qrumun kənarda əmrlərə tabe olduğunu göstərir. Belə bir fikir yaradılır ki, İran dünya üçün bir problemdir, eyni zamanda onun təsir mexanizmləri zəifdir. Belə bir təqdimat əslində İran tərəfindən ciddi qorxu keçirən İsrailin mənafelərinə xidmət edir. Beynəlxalq fikir belə formalaşdırılır ki, İsrail heç zaman İran qarşısında tək qalmasın və hansısa çevrəyə arxalansın. Bu ilki toplantıda İran barədə çıxışlar bir o qədər hərarətli olmasa da, yenə də İran mövzusunu qızışdırmaq meylləri gücündə qaldı. İran mövzusu gündəmə gətirilərkən məqsədlərdən biri də beynəlxalq ictimaiyyətin diqqətini dünyanın əsas problemlərindən yayındırmaqdır. Bu ilki toplantıda sistemli şəkildə gündəmə gətirilən bəzi mövzulara nəzər salaq. BMT-nin bu ilki toplantısında nə qlobal iqtisadi böhran, nə Avropa ölkələrinin ödənməsinə ümid olmayan böyük borcları, nə Amerika iqtisadiyyatının süqutu, nə də dolların dünya iqtisadiyyatına vurduğu zərbədən ciddi bir söz danışılmadı. Əgər milyardlarla sakini olan planetin problemi BMT-də müzakirə olunmursa, bəs bu qurum nəyi müzakirə etməlidir?! Demək, bu qrumda yalnız Amerikanı razı salacaq mövzularda danışmaq bəs edir. Əgər qlobal problemlərin müzakirəsi BMT-nin işi deyilsə, kimin işidir?! Bu ardıcıllıqla bu ilki toplantıda Yaponiyada Fukusima faciəsi, onun yaratdığı ekoloji problemlər yada salınmadı. Şübhəsiz ki, Yaponiyada baş verən bu hadisə İran və ya Yaxın Şərq ölkələrindən birində baş versəydi Avropanın mərkəzi və Amerikaya qədər yayılacaq radiasiyanın faciəsi gündəmdə olardı. Belə bir hadisə baş versəydi, şübhəsiz nüvə sızmasına görə kimsə ciddi şəkildə ittiham edilərdi. Amma Yaponiyadan soruşan olmadı ki, sakit okeanı zəhərləmiş faciənin səbəbləri nədir? Hazırda BMT-ni sədaqətli köpək kimi qoruyan BMT baş nüvə müfəttişi Yukiya Amanodan soruşan yoxdur ki, nə üçün Yaponiyada baş vermiş nüvə faciəsi ört-bastır edilir? Əgər hadisə Pakistanda baş versəydi Amano ona eyni münasibətmi sərgiləyərdi?! Başqa bir nümunəni nəzərdən keçirək. BMT-nin ümumi toplantısında Liviya haqqında da hər hansı müzakirə aparılmadı, qərar çıxarılmadı. Belə mövzulara adətən ixtiyarında kifayət qədər böyük hərbi qüvvə olan dövlətlərin oyuncağına çevrilmiş Təhlükəsizlik Şurası nəzarət edir. Bu şura misli görünməmiş riyakarlıq və yalanlarla müxtəlif ölkələrə təcavüz üçün vasitəyə çevrilib. Məgər BMT bu barədə danışmamalıdır? Dünyanın qlobal problemlərini Sarkozi və Berluskoni kimiləri həll etməlidir? İqtisadiyyatı çökən və süni tənəffüslə gün keçirən Amerikanın dünya ölkələri üzərinə yürüşü problem deyilmi?! Əgər BMT doğrudan da dünya problemləri ilə bağlı dialoq və müzakirələrin qrumudursa, nə üçün bu toplantıdan problemlərin həllinə yönəli bir cümlə belə eşidilmir. Somalidə bəşəri bir faciə yaşanır. Körpələr analarının gözü qabağında aclıq və xəstəlikdən ölür. Nə üçün bu ilki iclasda bu barədə danışılmadı? Kimsə yada saldımı ki, dünyada belə bir faciə yaşanır? Dünya başçıları bu mövzuda bir məsuliyyət hiss edirmi? Bəli, Somali barədə danışılmaması təbiidir. Çünki bu mövzu nə yəhudi lobbisi, nə CNN tərəfindən himayə və təbliğ olunmur. Heç rəy qazanmaq üçün Obamanın da bu barədə danışmağa ehtiyacı yoxdur. Diqqət yetiriləsi nöqtələrdən biri budur ki, BMT-də söz sahibi olanlar nəinki beynəlxalq ictimaiyyətin, hətta öz xalqlarının da təmsilçisi deyillər. Bunu dünya boyu milyonların etiraz aksiyaları da yaxşı göstərir. Müəllif: Mehdi Məhəmmədi "IslamTimes" - Tərcümə şöbəsi