Islam Times 25 Jan 2022 012022000000Tue, 25 Jan 2022 01:31:44 +0330 1:31 https://www.islamtimes.org/az/news/975435/paşinyan-ermənistan-türkiyə-tərəfinin-forumda-iştirak-etmək-dəvətini-qəbul-edə-bilər -------------------------------------------------- Title : Paşinyan: Ermənistan Türkiyə tərəfinin forumda iştirak etmək dəvətini qəbul edə bilər -------------------------------------------------- İslamTimes: Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq, diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq istəyir. Text : Paşinyandan Türkiyə ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI Publika.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 24-də feysbuk səhifəsində onlayn keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Ermənistan Ankara ilə danışıqların dinamikasını saxlamaqla Türkiyə tərəfinin Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək dəvətini qəbul edə bilər. “Artıq Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndələrimizin görüşü olub. Bu dinamika davam edərsə, o zaman Ermənistanın Antalyadakı diplomatik forumda iştirak etməsi ehtimalı yüksəkdir. Danışıq fürsətini qaçırmağımız məntiqsiz olardı. Qeyd edim ki, dünya birliyi, o cümlədən Rusiya, Avropa İttifaqı, ABŞ, region dövlətləri münasibətlərin tənzimlənməsi prosesini dəstəkləyir”, - deyə Ermənistanın baş naziri əlavə edib. Nikol Paşinyan qeyd edib ki, onların ictimaiyyətdən gizli heç bir sirləri yoxdur: “Bizim siyasətimiz ictimai elanlar sferasında olacaq. Amma davamlı olaraq məlumatların sızması prosesə heç bir fayda verməyəcək”