Islam Times 1 Sep 2021 222021000000Wed, 01 Sep 2021 22:38:01 +0430 22:38 https://www.islamtimes.org/az/news/951495/kabil-hava-limanında-qanlı-cümədə-nə-baş-verib -------------------------------------------------- Title : Kabil hava limanında qanlı cümədə nə baş verib? -------------------------------------------------- İslamTimes: Hadisə yerində olan şahidlər Amerika qüvvələrinin inanılmaz vəhşiliklərindən danışıb Text : Əfqanıstanın paytaxtında olan "Russia Today" şəbəkəsinin müxbiri, ötən cümə axşamı Kabil hava limanının yaxınlığında baş vermiş terror hücumlarından sonra xəstəxanaya yollanaraq terror hücumundan sağ çıxanları ziyarət edib. "Russia Today"-in müxbiri Murad Qazdiyev tərəfindən tərtib edilən hesabatda, hadisə şahidləri və terrordan sağ olaraq qurtulan əfqanıstanlılar bildirib ki, ABŞ hərbçiləri terror sonrası Kabil hava limanında mülki vətəndaşları gülləbaran etməyə başlayıb. Dəhşətli məqamlardan biri ABŞ qüvvələrinin yerdə qalan cansız bədənləri də hədəf alması olub! Hadisə zamanı hava limanında olan qadın da "Russia Today"-a bildirib ki, terror əməliyyatından sonra qorxaraq qaçmağa başlayan dinc sakinlər Amerika qüvvələri tərəfindən atəşə tutulub.