Islam Times 5 Dec 2021 132021000000Sun, 05 Dec 2021 13:24:48 +0330 13:24 https://www.islamtimes.org/az/news/966994/paris-ər-riyad-səfirini-livana-geri-qaytarmağa-razılaşıb -------------------------------------------------- Title : Paris: Ər-Riyad səfirini Livana geri qaytarmağa razılaşıb -------------------------------------------------- İslamTimes: Livan və Səudiyyə Ərəbistanı arasında son gərginlikdən sonra Fransa prezidenti Emmanuel Makron ötən gün Ər-Riyad və Beyrut arasında gərginliyə son qoyulması cəhdlərini alqışlayıb. Text : Britaniyanın “Financial Times” qəzetinin yazdığına görə, 2018-ci ildə tənqidçi səudiyyəli jurnalist Camal Kaşıkçının Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluğunda vəhşicəsinə öldürülməsindən sonra ilk dəfə olaraq Qərb ölkələri başçılarından biri Səudiyyə Ərəbistanına səfər edib. Ötən gün Ərəbistana gələn Fransa pezidenti Emanuel Makron Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla Ciddədə görüşüb və Beyrutla Ər-Riyad arasındakı gərginliyə son verilməsini istədiyini söyləyib. Livanla Fars Körfəzi ölkələri, xüsusən də Səudiyyə Ərəbistanı arasında son gərginlik Livanın İnformasiya Naziri Corc Qardahinin televiziyaya verdiyi müsahibədə Yəmənə qarşı müharibəni dayandırmağa çağırması ilə başlayıb. Onun bu müsahibəsinin vəzifəyə təyinatından öncəyə aid olduğu bildirilir. Amma buna baxmayaraq, Corc Qardahi artıq istefa verib. Makron bildirib ki, üçtərəfli görüşlərdən sonra, Səudiyyə Ərəbistanı ilə Livan arasında gərginliklərə son verilib, iki ölkə arasında yeni ticarət əlaqələri qurulur. Səudiyyə Ərəbistanı Livandan geri çağırdığı səfirini də Beyruta geri qaytarmağa hazırlaşır.