Islam Times 21 Apr 2020 012020000000Tue, 21 Apr 2020 01:58:34 +0430 1:58 https://www.islamtimes.org/az/news/857922/tramp-bayden-prezident-seçilərsə-iran-və-çin-abş-ı-ələ-keçirəcək -------------------------------------------------- Title : Tramp: Bayden prezident seçilərsə, İran və Çin ABŞ-ı ələ keçirəcək -------------------------------------------------- İslamTimes: ABŞ prezidenti Donald Tramp Co Baydenin seçkidə qalib gələcəyi təqdirdə, İran, Çin və digər ölkələrin ABŞ-ı ələ keçirəcəyini bildirib Text : Son günlərdə koronavirus böhranı ilə mübarizə zəminində Nyu-York və Vaşinqton kimi ştatların qubernatorları ilə ciddi qalmaqal yaşayan ABŞ prezidenti Donald Tramp bazar ertəsi mətbuat konfransı keçirib. O mətbuat konfransında bildirib ki, yerli idarəçilərlə tətbiq edilmiş məhdudiyyətləri aradan qaldırmaq üçün bir strategiya üzərində danışıqlar aparır. Koronavirusla bağlı məsuliyyətsiz davrandığı üçün ciddi təzyiqlərə məruz qalan Tramp iddia edib ki, onun planları olmasaydı on minlərlə deyil, milyonlarla amerikalı həlak olmuş olacaqdı.  ABŞ-da bu il keçirilməsi planlaşdırılan prezident seçkilərinə toxunan Donald Tramp deyib: "Co Bayden qalib gəlsə, İran, Çin, Kanada və Meksika ABŞ-ı ələ keçirəcək. Artıq bir ölkəniz olmayacaq." İranla iş qurmaq istədiyini təkrarlayan Tramp deyib ki, elə görünür İran növbəti hakimiyyəti gözləyir. Düşünürəm ki, Con Kerri də İranın bizimlə indi razılaşmasını istəmir..."