Islam Times 3 Dec 2022 132022000000Sat, 03 Dec 2022 13:43:03 +0330 13:43 https://www.islamtimes.org/az/news/1028248/independent-inflyasiya-ingilisləri-ev-heyvanlarının-yeminə-üz-tutmağa-məcbur-edib -------------------------------------------------- Title : "İndependent": İnflyasiya ingilisləri ev heyvanlarının yeminə üz tutmağa məcbur edib -------------------------------------------------- İslamTimes: İnflyasiya ingilisləri heyvan mənşəli qidalardan istifadə etməyə məcbur edib. Text : İngilis qəzetinin xəbərinə görə, bu ölkədə yaşayış bahalaşmasının ardınca yoxsul və həssas insanlar ev heyvanları yeminə üz tuturlar. İngiltərənin "İndependent" qəzeti yaşayış xərclərinin artması ilə əlaqədar olaraq Britaniya xalqının yoxsul və həssas təbəqələrinin ev heyvanları yeminə üz tutduğunu yazıb.  Bu hesabatda deyilir: "Hesablar artdıqca, ailələr istilik və yemək arasında çətin seçim qarşısında qalır və bu da bəzilərinin xoşagəlməz tədbirlərə əl atmasına səbəb olur." “The Independent” yerli mətbuata istinadən yazıb: Yaşayış böhranının artması səbəbindən insanlar ev heyvanları üçün nəzərdə tutulmuş yeməkləri yeyir və şamlarla yeməyi qızdırmağa çalışırlar. İngiltərədə inflyasiya son 41 ilin ən yüksək səviyyəsinə çatıb, ərzaq və alkoqolsuz içkilərin qiyməti oktyabr ayına kimi 16,4% artıb.