Islam Times 26 Jun 2022 172022000000Sun, 26 Jun 2022 17:35:18 +0430 17:35 https://www.islamtimes.org/az/news/1001247/türkiyə-kaşıkçının-qətli-ilə-bağlı-26-səudiyyəli-müttəhimə-bəraət-verib -------------------------------------------------- Title : Türkiyə Kaşıkçının qətli ilə bağlı 26 səudiyyəli müttəhimə bəraət verib -------------------------------------------------- İslamTimes: Bu barədə Türkiyə mətbuatı məlumat yayıb ki, Türkiyə hakimiyyətinin Camal Kaşıkçının qətli işinin Səudiyyə Ərəbistanına təhvil verilməsini qəbul etməsindən sonra bu şəxslərə bəraət verilib. Text : Türkiyə prokuroru İstanbulda Camal Kaşıkçının qətlini törədənlərin məhkəməsi başlayandan sonra, yəni aprel ayında qətldə ittiham olunanların məhkəməsinin Ər-Riyada köçürülməsini istəyib. Bu tələb Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Türkiyəyə səfərindən və prezident Rəcəb Tayyib Ərdoğanla görüşündən bir neçə gün sonra irəli sürülüb. Qeyd edək ki, Camal Kaşıkçı 2018-ci ilin oktyabrında Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda dəhşətli şəkildə qətlə yetirilib. Beynəlxalq Amnistiya Təşkilatı bundan əvvəl Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı Camal Kaşıkçının qətlində birbaşa müqəssir saymışdı.