Islam Times 19 Jun 2021 112021000000Sat, 19 Jun 2021 11:12:34 +0430 11:12 https://www.islamtimes.org/az/news/938904/iranın-seçki-qərargahının-sədri-ibrahim-rəisi-prezident-seçilib -------------------------------------------------- Title : İranın Seçki Qərargahının sədri: "İbrahim Rəisi prezident seçilib" -------------------------------------------------- İslamTimes: "İbrahim Rəisi xalqın böyük dəstəyi ilə İranın 8-ci prezidenti seçilib". Text : APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Seçki Qərargahının sədri Camal Ürf deyib. O bildirib ki, indiyədək 28 milyon 600 min seçki bülleteni sayılıb. İlkin hesablamaya görə, Seyid İbrahim Rəisi 17 milyon 800 min səs toplayıb. Onun rəqibləri Möhsin Rezayi 3 milyon 300 səs, Əbdülnasir Himməti 2 milyon 300 min səs, Qazizadə Haşemi 1 milyon səs toplayıb. Artıq namizədlərdən Ə.Himməti və M.Rezayi Seyid İbrahim Rəisini qələbə münasibətilə təbrik ediblər. Bundan başqa İran prezidenti Həsən Ruhani də İbrahim Rəisi ilə görüşüb onu təbrik edib. İ.Rəisinin 61 yaşı var. O hazırda İran Məhkəmə sisteminin sədridir. Bundan öncə ölkənin baş prokroru, İmam Rzanın (ə) hərəminin idarəsinin sədri vəzifələrində çalışıb. İbrahim Rəisi ötən prezident seçkilərində hazırkı prezident Həsən Ruhaninin əsas rəqiblərindən biri olub və 15 milyon 832 səs toplamışdı.