Islam Times 4 Dec 2010 162010000000Sat, 04 Dec 2010 16:32:54 +0330 16:32 https://www.islamtimes.org/az/news/45930/klinton-hamıdan-üzr-istədi -------------------------------------------------- Title : Klinton hamıdan üzr istədi -------------------------------------------------- IslamTimes - ABŞ dövlət katibi Hillari Klinton Amerika diplomatlarının “WikiLeaks” saytında dərc olunan teleqramlarını özü üçün təhqiramiz sayan hər bir kəsdən üzr istəyib. Text : “BBC”nin verdiyi məlumata görə, Klinton sənədlərin Dövlət Departamenti və Pentaqon arasında informasiya mübadiləsi zamanı oğurlandığını və artıq bu kanaldan istifadə edilmədiyini bildirib. Dövlət katibi açıqlamasında bəyan edib ki, “WikiLeaks”ın yaydığı bu sənədlər ABŞ-ın siyasətini əks etdirmir. O, Amerika diplomatiyasına etibarı bərpa etmək üçün dünya liderləri ilə danışıqlara xeyli zaman sərf etdiyini də vurğulayıb. /Lent.az/