Islam Times 24 Jan 2023 192023000000Tue, 24 Jan 2023 19:30:33 +0330 19:30 https://www.islamtimes.org/az/news/1037437/dollar-latın-amerikasından-çıxarılacaqmı -------------------------------------------------- Title : Dollar Latın Amerikasından çıxarılacaqmı? -------------------------------------------------- İslamTimes: Venesuela prezidenti Nikolas Maduro Braziliya və Argentina prezidentləri Lula da Silva və Alberto Fernandezin Latın Amerikasında ortaq valyuta yaratmaq təklifini dəstəkləyib. Text : ABŞ-ın Latın ölkələrinin daxili işlərinə müdaxiləsinin davam etdiyi bir şəraitdə üç ölkə Braziliya, Argentina və Venesuelanın liderləri ortaq valyutanın yaradılması zərurətindən danışıblar. Telesur xəbər verir ki, Nikolas Maduro bazar ertəsi Braziliya prezidenti Lula da Silva və argentinalı həmkarı Alberto Fernandezin Latın Amerikası üçün ortaq valyuta yaratmaq təklifini dəstəklədiyini rəsmən açıqlayıb. Bu xəbərə görə, Maduro deyib: “Bu gün prezident Lula da Silva və prezident Alberto Fernandes Cənubi Amerika üçün ortaq valyuta yaratmaq üçün addımlar atacaqlarını açıqladılar. Mən bəyan edirəm ki, Venesuela hazırdır və biz Latın Amerikası və Karib hövzəsi valyutasının yaradılması təşəbbüsünü dəstəkləyirik."