Islam Times 27 Sep 2021 202021000000Mon, 27 Sep 2021 20:11:32 +0330 20:11 https://www.islamtimes.org/az/news/956049/bayden-israildən-nə-istəyib -------------------------------------------------- Title : Bayden İsraildən nə istəyib? -------------------------------------------------- İslamTimes: Naftali Bennet: "Baydenin İran məsələsi ilə bağlı istəyinə yox dedim. Amma hansı mövzuda yox dediyimi açıqlaya bilmərəm." Text : Bu barədə İsrail mətbuatı məlumat yayıb. Məlumata görə, Naftali Bennet bildirib ki, sentyabrın 9-u Vaşinqtonda Baydenlə görüş zamanı ona üç dəfə yox deyib: "Baydenə üç dəfə yox dedim. Bir dəfə İran məsələsi ilə bağlı, amma hansı mövzuda yox dediyimi açıqlaya bilmərəm. Onlar bir şey istəmişdilər, mən də yox dedim. İkinci dəfə Qüdsdəki Fələstin konsulluğu haqqında idi. Mən "bu olmayacaq" dedim. Üçüncü dəfə isə məskunlaşma ilə bağlı olub".