Islam Times 6 May 2012 192012000000Sun, 06 May 2012 19:35:47 +0430 19:35 https://www.islamtimes.org/az/article/159162/qahirənin-kemp-devid-fəryadları -------------------------------------------------- Title : Qahirənin Kemp-Devid fəryadları -------------------------------------------------- IslamTimes - Kemp-Devid razılaşmasının qüvvədən düşməsi Qərbin inkar edəcəyi bir mövzu deyil. ABŞ, işğalçı İsrail və ərəb dünyasında onlara satılmışlar bütün qüvvələri ilə bu rüsvayçı müqaviləni qorumağa çalışırlar. Text : Kemp-Devid razılaşmasının qüvvədən düşməsi Qərbin inkar edəcəyi bir mövzu deyil. ABŞ, işğalçı İsrail və ərəb dünyasında onlara satılmışlar bütün qüvvələri ilə bu rüsvayçı müqaviləni qorumağa çalışırlar. Amma Misir xalqı və inqilabçılar bu müqavilənin ləğvində israrlıdırlar. Misirdə prezidentliyə namizədlərdən olan Əmr Musa seçki qabağı çıxışlarında Kemp-Devid razılaşmasını ölü razılaşma adlandırdı və bildirdi ki, onu tarixin arxivinə göndərmək lazımdır. Həqiqət budur ki, Misir xalqı Kemp-Devid razılaşmasını heç vəchlə qəbul edə bilməz, bu müqavilə ən yaxın vaxtda ləğv olunmalıdır. Hüsnü Mübarəkin süqutundan sonra Misir xalqının ilk tələbi də elə budur. Misirdə Müsəlman Qardaşları və islamçı qrupların qələbəsinin əsas səbəblərindən biri Kemp-Devidin ləğvini dəstəkləmələridir. Kemp-Devid ABŞ-da ölkə başçılarının istirahət mərkəzlərindən olan bir yerdir. Kemp-Devid müqaviləsi bu şəhərdə 12 gün məxfi müzakirələrdən sonra 1979-cu ilin sentyabr ayında ABŞ prezidenti Cimmi Karter tərəfindən Ağ Evdə imzalanmışdır. Kemp-Devid ərəblərlə İsrail arasında ilk sülh razılaşmasıdır. Bu müqavilə Misirlə İsrail arasında qarşıdurmaya son qoyurdu. Misir prezidenti Ənvər Sadat İsraili rəsmi tanımış və onunla sülhə imza atmış ilk ərəb başçısıdır. O bu addımına görə 2 il sonra hərbi paradda terror edildi. Əmr Musanın Kemp-Devidə qarşı olması düşündürücü bir mövqedir. Əmr Musa cənub şəhərlərindən birində çıxışı zamanı bu müqavilənin qüvvədən düşdüyünü dilə gətirib. Bu müqavilədə Fələstin xalqının müstəqil dövlətçiliyindən də danışan maddələr var. Əmr Musa bildirib ki, müqavilə əslində həyata keçməyib. Diktator Hüsnü Mübarək hökumətində 10 il xarici işlər naziri olmuş Əmr Musa bu müqavilənin Qahirə ilə Tel-Əviv arasında sülh yaratdığına da inanır. Əmr Musa Kemp-Devid və İsraillə sülh razılaşması arasında fərq qoyur. Misir xalqı isə bu müqavilələri bir-birindən ayırmır və Əmr Musanın mövqeyini siyasi gediş hesab edir. Əmr Musa iki həftə öncə Misirin Qərbinə səfərində Kemp-Devidi kağız üzərində mürəkkəb adlandırıb. Misir xalqı əslində İsraillə heç bir razılaşmanı qəbul etmir və bütün müqavilələrin ləğvini tələb edir. Sionist rejimlə əlaqələr Hüsnü Mübarəkin rüsvayçı hakimiyyəti dövründən qalmış oyunlardandır. Misir xalqı Bəhreyn, Ərəbistandakı məzlum xalqı himayə edir və Tel-Əvivlə bütün əlaqələrin kəsilməsini arzulayır. Müsəlman Qardaşları bu məsələlərdə konkret mövqe sərgiləyirlər. Kemp-Devidin ləğvi təkcə Misirin xarici siyasətində yox, məntəqənin siyasətində əsas mövzulardandır. Məntəqə xalqları da bu müqavilənin ləğvini gözləyir. Ağ Ev Kemp-Devidin qüvvədə qalması üçün Müsəlman Qardaşlarına təzyiq göstərir. Hansı ki, Müsəlman Qardaşlarının ən əsas uğurlarından biri Kemp-Devidin hədəfə alınmasıdır. Misir xalqı bu müqaviləni rədd edir. Misirlilər nəinki Kemp-Devid razılaşması, Tel-Əvivlə bütün rabitələrin ləğvini tələb edir. Qahirədə İsrail səfirliyinin tutulması göstərdi ki, məqsəd İsrailin təsirlərinə son qoymaqdır. Misir xalqı Müsəlman Qardaşlarından gözləyir ki, ABŞ-ın təzyiqlərinə müqavimət göstərilsin və İsraillə rabitələr tam kəsilsin. Müsəlman Qardaşları və islamçı qruplaşmalar prezident seçkiləri keçirmək üçün müqavimətlə rastlaşıblar. Ali Hərbi Şura bu istiqamətdə maneələr yaradır. Onlar Qərbin siyasətlərini həyata keçirir. Amma Misir xalqı ortaya qoyub ki, inqilabın hədəflərinin reallaşmasında güzəştə getməyəcək. Onlar möhkəm dayanıblar və inqilabın hədəflərini müdafiə edirlər. Bu xalq sionizmə münasibətini də açıq bildirib. Misir xalqı İsraillə əlaqələri ləyaqətsizlik sayır. Bu səbəbdən də bütün məntəqə xalqları Kemp-Devidin ən qısa zamanda ləğvini tələb edirlər. Məqsəd prezident seçkilərindən dərhal sonra Tel-Əvivlə rabitələrə tam son qoymaqdır. Müəllif: Əlirza Sadiqi