Islam Times 20 Dec 2021 082021000000Mon, 20 Dec 2021 08:55:33 +0330 8:55 https://www.islamtimes.org/az/news/969343/türkiyə-və-iranın-xin-rəhbərləri-taliban-başçısı-ilə-görüşüblər -------------------------------------------------- Title : Türkiyə və İranın XİN rəhbərləri Taliban XİN başçısı ilə görüşüblər -------------------------------------------------- İslamTimes: Türkiyə və İranın XİN rəhbərləri ilk dəfə olaraq Taliban hökumətinin xarici işlər nazirilə görüşüblər Text : Mövlud Çavuşoğlu və Hüseyn Əmir-Abdullahiyan Taliban hökumətinin xarici işlər naziri Əmir-Xan Müttəqi ilə görüşüblər. SalamNews xəbər verir ki, bu barədə Taliban hökumətinin sözçüsü Zəbihullah Mücahid rəsmi tvitter hesabında yazıb. Bildirilib ki, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslamabadda İslam Əməkdaşlıq Taşkilatının iclası çərçivəsində Taliban hökumətinin XİN rəhbəri Əmir-Xan Müttəqi ilə görüşüblər. Tərəflər bu görüşlərdə Əfqanıstanda mövcud vəziyyəti müzakirə ediblər. Qeyd edək ki, İslamabadda İƏT-nın xarici işlər nazirləri müstəvisində keçirilən fövqəladə iclasın nəticələrindən biri olaraq Əfqanıstana dəstək üçün quruma üzv dövlətlər tərəfindən fond yaradılıb.