Islam Times 19 Mar 2023 012023000000Sun, 19 Mar 2023 01:54:54 +0330 1:54 https://www.islamtimes.org/az/news/1047464/pakistanda-sular-durulmur-imran-xanın-evinə-basqın-edildi -------------------------------------------------- Title : Pakistanda sular durulmur - İmran Xanın evinə basqın edildi -------------------------------------------------- İslamTimes: Pakistan polisi keçmiş baş nazir İmran Xanın Lahordakı iqamətgahına basqın edib və baş verən atışmadan sonra 30 nəfəri həbs olunub. Text : Teleqraf.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb. Polis zabiti Süheyl Səhəra agentliyə deyib ki, polis Pakistan Ədalət Hərəkatı Partiyası (PTI) və keçmiş baş nazirin tərəfdarlarının qurduqları barrikadaları və maneələri aradan qaldırmağa çalışır. O qeyd edib ki, Xanın tərəfdarları daş və “Molotov Kokteyli” ataraq müqavimət göstərməyə çalışsalar da, polis Xanın iqamətgahının damındakılara atəş açdıqdan sonra irəliləyib. Əməliyyata rəhbərlik edən Sühəra bildirib ki, polis iqamətgahın əsas qapısını açıb və orada bir həftə ərzində polisə hücum etmək üçün istifadə edilən maskalar, “Molotov Kokteyl”ləri, dəmir dəyənəklər və şallaqlar tapıb. Sühəra iqamətgahın içərisində polisə hücum edənlərin gizlənə biləcəyi gizli yerlərin olduğunu iddia edir. İmran Xan bu gün rüşvət işi ilə bağlı İslamabad Məhkəməsinə gəlməli idi, amma onun Lahordakı evində gizləndiyi bildirilib. Tərəfdarları son iki gündə onu həbs etməyə gələn polisə müqavimət göstəriblər. İmran Xan videomüraciətində hökumətin onu həbs etməyi planlaşdırdığını açıqlayıb, bildirib ki, həyat yoldaşı evdə tək olanda polis onun Lahordakı iqamətgahına basqın edib. O, bunu pisləyib və təqsirkarların qanun çərçivəsində cəzalandırılmasını istəyib. Xan ötən ilin aprelində parlamentdə ona etimadsızlıq səsverməsindən sonra hakimiyyətdən uzaqlaşdırılıb. O, dövlət hədiyyələrini satmaqda və əmlakı gizlətməkdə ittiham olunur. 70 yaşlı Xan iddia edir ki, impiçment edilməsi Baş nazir Şahbaz Şəriflə ABŞ arasındakı sui-qəsd razılaşmasının bir hissəsidir. Həm Vaşinqton, həm də Şərif bu ittihamları rədd edir.