Islam Times 31 Mar 2020 122020000000Tue, 31 Mar 2020 12:33:56 +0430 12:33 https://www.islamtimes.org/az/news/853747/iran-dağlıq-qarabağda-seçkilər-keçirilməsinin-əleyhinədir -------------------------------------------------- Title : İran Dağlıq Qarabağda “seçkilər” keçirilməsinin əleyhinədir -------------------------------------------------- İslamTimes: İran İslam Respublikası işçğalçı Ermənistanın təşəbbüsü ilə Dağlıq Qarabağda "seçkilər" keçirilməsinə etiraz edib Text : İran Xarici İşlər Nazirliyi (XİN) 31 mart 2020-ci il tarixində qondarma “Dağlıq Qarabağ Respublikasında” təşkil olunması nəzərdə tutulan “prezident” və “parlament” seçkiləri ilə bağlı məlumat yayıb. İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İran XİN-in sözçüsü Seyid Abbas Musəvi bildirib ki, ölkəsi regionda gərginlik və ixtilafın artmasına səbəb olan hər cür addımın əleyhinədir.  "Biz düşünürük ki, iki qonşu ölkə olan Azərbaycan və Ermənistan arasında ixtilafların həllini çətinləşdirən hər cür addımın atılmasından çəkinilməlidir", - deyə A. Musəvi vurğulayıb. İran XİN-in sözçüsü qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə beynəlxalq qanun və prinsiplər çərçivəsində həll olunmalıdır.