Islam Times 8 Jan 2022 232022000000Sat, 08 Jan 2022 23:43:41 +0330 23:43 https://www.islamtimes.org/az/news/972637/səna-bmt-nin-əl-hudeydaya-baxış-keçirməsi-səudiyyə-yalanını-ifşa-edir -------------------------------------------------- Title : Səna: BMT-nin Əl-Hudeydaya baxış keçirməsi Səudiyyə yalanını ifşa edir -------------------------------------------------- İslamTimes: "Müharibə qanunlarını pozan, insani dəyərləri ayaq qaltına alan tərəf Səudiyyə koalisiyası özüdür!" Text : Yəmənin Milli Qurtuluş Hökumətinin xarici işlər nazirinin müavini Hüseyn əl-Əzzi Səudiyyə koalisiyasının Yəmənin Əl-Hudeyda limanı ilə bağlı müharibə qanunlarını pozmasını qınayıb və Səudiyyə rejiminin həyasızcasına yalanlar uyduraraq özünü paka çıxarmaq istəməsini pisləyib. Hüseyn əl-Əzzi şənbə günü axşam bildirib: "BMT-nin Yəməndəki nümayəndə heyəti İsveç razılaşması imzalanandan sonra son illərdə mütəmadi şəkildə gündəlik və həftəlik olaraq Əl-Hüdeyda limanlarını təftiş edirlər. O, əlavə edib: “Səudiyyə Koalisiyanın sözçüsü bilməlidir ki, məhz Səudiyyə rejimi özü Əl-Hudeydada beynəlxalq qüvvələrin təftişlərinə mane olur. Biz bununla bağlı Birləşmiş Millətlər Təşkilatına onlarla məktub göndərmişik." Əl-Əzzi deyib: “Biz təcavüzkar koalisiyanın sözçüsünün saxta ittihamlar irəli sürməklə bağlı cəsarətinə heyranıq. Halbuki bu ittihamlar onların özünə qarşı yönəldilməlidir. Müharibə qanunlarını pozan, insani dəyərləri ayaq qaltına alan tərəf Səudiyyə koalisiyası özüdür!"