Islam Times 21 Nov 2020 012020000000Sat, 21 Nov 2020 01:09:54 +0330 1:09 https://www.islamtimes.org/az/news/899035/qarabağda-gizli-də-olsa-bu-cəhdlər-var-lavrov -------------------------------------------------- Title : Qarabağda gizli də olsa, bu cəhdlər var - Lavrov -------------------------------------------------- İslamTimes: Qarabağda sülhməramlı əməliyyatın mahiyyətinin dəyişdirilməsinə dair cəhdlər müşahidə olunur. Text : Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. “Mən onlarla (Minsk Qrupunun həmsədrləri) görüşdüm, həmkarlarımız da onlarla görüşdü, tam məlumat verildi. Bu məlumat bir daha təsdiqlədi ki, 9 noyabrda imzalanan saziş tamamilə ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən təsdiqlənmiş və dünyada geniş dəstək almış prinsiplərə uyğundur ”, - Lavrov deyib. O qeyd edib ki, 9 noyabrda Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanan müqavilənin icrasını ləngitməyə çalışmaq, bu müqavilənin tam həyata keçirilməsinə imkan verməmək meyli var, bunu hiss edirik: “Ancaq hər kəs razılaşmanın uğurla həyata keçirildiyini qəbul etməlidir. Rusiya sülhməramlı əməliyyatının mahiyyətini dəyişdirmək səylərini müşahidə edir, gizli olsa da, bu cür səylər var”.