Islam Times 4 Dec 2021 232021000000Sat, 04 Dec 2021 23:55:55 +0330 23:55 https://www.islamtimes.org/az/news/966904/avropa-ittifaqı-iran-ilk-növbədə-sanksiyaların-ləğvini-istəyir -------------------------------------------------- Title : Avropa İttifaqı: İran ilk növbədə sanksiyaların ləğvini istəyir -------------------------------------------------- İslamTimes: "Nüvə sazişini ilk dəfə pozan və İrana qarşı yeni sanksiyalar tətbiq edən tərəf ABŞ olduğu üçün İran ilk öncə ABŞ-ın bu sazişə dönməsini tələb edir” - Borrel Text : Avropa İttifaqının (Aİ) Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel, Ərəb Liqasına üzv olan ölkələrin Suriyanı yenidən bu quruma üzv etmək istədiyi barədə danışarkən, son günlərdə İranla 4+1 (Rusiya, Çin, Fransa, İngiltərə + Almaniya) arasında keçirilən Vyana danışıqlarına da toxunub. Cozef Borrel deyib: "Nüvə sazişini ilk dəfə pozan və İrana qarşı yeni sanksiyalar tətbiq edən tərəf ABŞ olduğu üçün İran ilk öncə ABŞ-ın bu sazişə dönməsini və sanksiyaları ləğv etməsini tələb edir”. Qeyd edək ki, rəsmi Tehran Vyanadakı danışıqlara mütəxəssislərdən ibarət geniş bir heyətlə qatılıb və Avropa ölkələrinə 3 plan təqdim edib. İran tərəfi bildirib ki, sanksiyaların ləğvi müqabilində nüvə fəaliyyətində məhdudiyyətlər tətbiq etməyə hazırdır və hazırda "top Amerikanın meydanındadır".