Islam Times 26 Apr 2017 132017000000Wed, 26 Apr 2017 13:42:56 +0430 13:42 https://www.islamtimes.org/az/news/631103/suriya-ordusu-təybət-əl-imam-qəsəbəsini-işğaldan-azad-etdi -------------------------------------------------- Title : Suriya ordusu Təybət Əl-İmam qəsəbəsini işğaldan azad etdi -------------------------------------------------- İslamtimes - Suriya ordusu Hamanın şimalındakı əməliyyatı uğurla davam etdirir. Text : Deyerler.org xəbər verir ki, Sputnik-ə danışan suriyalı bir polkovnik Təybət Əl-İmam qəsəbəsinin Suriya ordusu tərəfindən azad edildiyini deyib. Açıqlamada qəsəbənin azad edilməsilə yaraqlıların İdlibdəki nəzarəti genişləndirmək planlarının pozulduğu qeyd olunub. "Yaraqlılar geriyə çəkiləndə şəhərdəki bir çox binanı partlatdılar", - deyə suriyalı polkovnik bildirib. O, ordunun bir neçə gün əvvəl azad edilən Əs-Suran və Maardəs istiqamətindən hücuma keçdiyini söyləyib: "İki istiqamətdən intensiv hücumun təşkil olunması yaraqlıları qaçmağa vadar etdi. Terrorçular silahlı maşınları da daxil olmaqla maşınlarının bir qismini qoyaraq qaçdı".