Islam Times 11 Sep 2021 082021000000Sat, 11 Sep 2021 08:02:50 +0430 8:02 https://www.islamtimes.org/az/news/953250/klimkin-rusiya-belarusu-udacaq-ukraynanı-isə -------------------------------------------------- Title : Klimkin: Rusiya Belarusu "udacaq", Ukraynanı isə... -------------------------------------------------- İslamTimes: Rusiya Ukraynanı üç tərəfdən mühasirəyə almaq istəyir. Text : Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın sabiq xarici işlər naziri Pavel Klimkin öz məqaləsində yazıb. O bildirib ki, Rusiya Belarusu “udmağa” hazırlaşır. Klimkin bu günlərdə Kremldə baş tutan Vladimir Putin və Aleksandr Lukaşenko görüşündən sonra belə nəticəyə gəlib: “Lukaşenko özü üçün nə isə “oynaya”, “bazarlıq” edə bilər. Lakin bunlar Putinin strategiyasına təsir etməz. Bu günlərdə başlayan “Qərb -2021” Rusiyanın Ukraynanı üç tərəfdən mühasirəyə almaq istəyini göstərir. Bu, mənbələrimizi səpələyəcək, ona görə də təhlükəyə qarşı yeni cavab tapmaq gərəkdir: NATO ilə həmrəylik”.