Islam Times 29 Jun 2022 102022000000Wed, 29 Jun 2022 10:12:49 +0430 10:12 https://www.islamtimes.org/az/news/1001761/çin-nato-təxribat-xarakterli-hərəkətlərdən-çəkinməlidir -------------------------------------------------- Title : Çin: NATO təxribat xarakterli hərəkətlərdən çəkinməlidir -------------------------------------------------- İslamTimes: Çin Xarici İşlər Nazirliyi NATO-nun Pekinə qarşı mövqeyini tənqid edib. Text : Çin NATO-nu Çinə qarşı yalan məlumat və təxribat xarakterli bəyanatlar dərc etməyi dərhal dayandırmağa çağırıb. Çin bildirib ki, NATO Avropada gərginliklər yaratdıqdan sonra, hazırda Asiya-Sakit Okean regionunu və bütün dünyanı xaosa sürükləmək niyyətindədir. O əlavə edib ki, Çin xarici siyasəti sülh əsasında qurulub, başqa ölkələrin daxili işlərinə müdaxilə olunmur. Rəsmi Pekin (Qərb ölkələri kimi) digər ölkələrə birtərəfli sanksiyalar da tətbiq etmir!