Islam Times 13 Mar 2023 092023000000Mon, 13 Mar 2023 09:36:31 +0330 9:36 https://www.islamtimes.org/az/news/1046420/abş-də-nəhəng-bankın-iflası-iqtisadi-böhrana-səbəb-ola-bilər -------------------------------------------------- Title : ABŞ-də nəhəng bankın iflası iqtisadi böhrana səbəb ola bilər -------------------------------------------------- İslamTimes: Milyarder Bill Ekman Amerika bankı “Silicon Valley Bank”ın (SVB) müflisləşməsinin nəticələri barədə xəbərdarlıq edib. Text : Onun sözlərinə görə, ABŞ hakimiyyəti “iqtisadiyyatın çökməsinin” qarşısını almaq üçün cəld hərəkət etməlidir. “Hökumətin tezliklə dönüşsüz hala düşəcək səhvi düzəltmək üçün təxminən 48 saat vaxtı var. SVB-nin əmanətçilərin müdafiəsi olmadan uğursuzluğa düçar olmasına icazə verməklə, dünya sığortalanmamış əmanətlə - müflis banka qarşı təminatsız borc üçün qeyri-müəyyən iddia ilə üzləşir”, - milyarder bildirib. O, əlavə edib ki, əgər “JPMorgan”, “Citibank” və ya “Bank of America” bazar ertəsi, martın 13-də bazar açılmazdan əvvəl SVB-ni almazsa və ya hökumət öz depozitlərinə zəmanət verməzsə, hamı böyük bir zərərə düşəcək. Bu, sistem əhəmiyyətli banklara məxsus olanlar istisna, bütün sığortalanmamış əmanətlərin geri götürülməsinə yol açacaq. O hesab edir ki, hökumət SVB əmanətlərini təmin etmək üçün martın 10-da müdaxilə etsəydi, vəziyyətin qarşısını almaq olardı. Bu yolla bank kapitalın yeridilməsi müqabilində yeni sahibinə keçə bilərdi. Qeyd edək ki, “Silicon Valley Bank”ın müflis olması martın 11-də məlum olub. SVB 2008-ci il böhranından sonra iflasa uğrayan ən böyük bankdır. Keçən il o, 40 milyard dollar dəyərində qiymətləndirilib və kapitallaşması sürətlə artıb.