Islam Times 22 Jun 2022 092022000000Wed, 22 Jun 2022 09:46:24 +0430 9:46 https://www.islamtimes.org/az/news/1000484/rusiya-amerika-hərbçilərini-edam-edə-bilər -------------------------------------------------- Title : "Rusiya Amerika hərbçilərini edam edə bilər" -------------------------------------------------- İslamTimes: Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmisi Rusiya tərəfindən saxlanılan amerikalı döyüşçülərin edamı ehtimalına görə narahat olduğunu ifadə edib. Text : Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun Ukrayna müharibəsi zamanı saxlanılan amerikalı döyüşçülərin Cenevrə konvensiyalarına daxil edilməyəcəyi ilə bağlı açıqlamaları Ağ Evi təşvişə salıb. Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi çərşənbə axşamı Rusiya tərəfindən saxlanılan amerikalı hərbçilərin edam olunması ehtimalı barədə narahatlığını bildirib. Sputnik xəbər verir ki, Kirbi Ağ Evdə keçirdiyi mətbuat konfransında Ukrayna müharibəsi zamanı saxlanılan iki amerikalı döyüşçü ilə bağlı sualı cavablandırıb: “Birincisi, biz hələ də bu iki şəxs haqqında daha çox məlumat əldə etməyə çalışırıq, ikincisi, Rusiya hökuməti rəsmisinin Ukraynada olan Amerika vətəndaşları üçün ölüm cəzasını mümkün sayması belə dəhşətlidir”.