Islam Times 16 Sep 2021 152021000000Thu, 16 Sep 2021 15:40:24 +0430 15:40 https://www.islamtimes.org/az/news/954160/gürcüstanın-baş-naziri-saakaşvilini-narkoman-adlandırıb -------------------------------------------------- Title : Gürcüstanın baş naziri Saakaşvilini narkoman adlandırıb -------------------------------------------------- İslamTimes: “Mixeil Saakaşvili narkotik vasitələrin aktiv istifadəçisidir və onun canlı yayımları bunu təsdiq edir”. Text : “Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib. “Qəbul etdiyi dozadan asılı olaraq, o, bəzən tonunu qaldırır, bəzən aşağı salır”, - hökumət başçısı əlavə edib. İ.Qaribaşvili sabiq prezidentin Gürcüstana gələ bilməyəcəyini söyləyib: “Saakaşvili adi qorxaqdır. Əgər o gəlsə, dərhal həbs olunacaq və heç kəs bu prosesə müqavimət göstərə bilməyəcək”.