Islam Times 15 Sep 2021 122021000000Wed, 15 Sep 2021 12:03:30 +0430 12:03 https://www.islamtimes.org/az/news/953963/heç-kim-taliban-ı-tanımağa-tələsmir -------------------------------------------------- Title : “Heç kim “Taliban”ı tanımağa tələsmir” -------------------------------------------------- İslamtimes - Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Text : APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.    “Rusiya “Taliban”la Mərkəzi Asiya ölkələri üçün risklərin aradan götürülməsi məsələləri ilə bağlı təmasları dəstəkləyir. Əfqanıstanın yeni hökuməti ilə bağlı hansısa nəticəyə gəlmək üçün çox az vaxt keçib” - deyə Rusiya XİN başçısı Düşənbədə KTMT-yə üzv dövlətlərin xarici işlər və müdafiə nazirləri və təhlükəsizlik şuraları katiblərinin birgə iclasının yekunları ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.