Islam Times 30 Nov 2022 142022000000Wed, 30 Nov 2022 14:11:14 +0330 14:11 https://www.islamtimes.org/az/news/1027674/ursula-fon-der-leyen-ukraynaya-dəymiş-ziyan-600-milyard-avroya-çatıb -------------------------------------------------- Title : Ursula fon der Leyen: Ukraynaya dəymiş ziyan 600 milyard avroya çatıb -------------------------------------------------- İslamTimes: Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukraynanı dəstəkləmək məqsədilə dondurulmuş Rusiya aktivlərini idarə edəcək strukturun yaradılmasını təklif edib.  Text : SalamNews xəbər verir ki, müvafiq bəyanat AK-nın saytında dərc olunub. AK rəhbərininsözlərinə görə, xüsusi əməliyyat başlayandan bəri Ukraynaya dəyən ziyan 600 milyard avroya çatıb və Rusiya bu zərəri maliyyə vəsaitləri hesabına qarşılamalıdır.  Avropa Komissiyasının rəhbəri Rusiya Mərkəzi Bankının 300 milyard avroluq ehtiyatlarının və “Rusiya oliqarxlarının” 19 milyard avro maliyyəsinin bloklandığını xatırladıb. "Qısa müddətdə bu vəsaitləri idarə etmək üçün tərəfdaşlarımızla müəyyən bir struktur yarada bilərik. Daha sonra əldə olunan vəsaitləri Ukrayna üçün xərcləyə bilərik", deyə siyasətçi qeyd edib.