Islam Times 9 Aug 2021 122021000000Mon, 09 Aug 2021 12:01:54 +0430 12:01 https://www.islamtimes.org/az/news/947564/koronavirusu-70-faiz-məhv-edən-preparat-tapılıb -------------------------------------------------- Title : Koronavirusu 70 faiz məhv edən preparat tapılıb -------------------------------------------------- İslamTimes: Beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib ki, fenofibrat preparatı və onun aktiv forması olan fenofibrin turşusu insanın hüceyrələrində koronavirusu məhv edə bilər. Text : “Report” xəbər verir ki, bu barədə “Frontiers in Pharmacology” jurnalında dərc edilmiş məqalədə deyilir. Fenofibrat ürək-damar xəstəlikləri olan xəstələrdə xolesterinin səviyyəsinin aşağı düşməsi üçün istifadə olunan vasitədir. Alimlər koronavirusun zülalının ACE2 hüceyrə reseptorlarına bağlanma qabiliyyətini poza biləcək dərman axtararkən diqqəti ona yönəldiblər. Hüceyrə bitkiləri ilə laboratoriya şəraitində aparılan sınaqları göstərib ki, fenofibrat virus yüklənməsini 70 % azaltmağa qadirdir. Bu halda o, SARS ştamlarının əksəriyyətinə qarşı eyni effektivliyi göstərib. Amma onun "delta" ştammına qarşı effektivliyi hələ öyrənilir. Alimlər qeyd ediblər ki, fenofibratın qiyməti çox ucuzdur və bütün dünyada əlçatandır. Preparat hətta vaksinasiyanın məsləhət görülmədiyi xəstələr üçün əlçatandır. O, çox faydalı ola bilər.