Islam Times 21 Oct 2021 202021000000Thu, 21 Oct 2021 20:24:36 +0330 20:24 https://www.islamtimes.org/az/news/959868/əfqanıstanda-qadınlar-etiraz-aksiyası-keçirtdi -------------------------------------------------- Title : Əfqanıstanda qadınlar etiraz aksiyası keçirtdi -------------------------------------------------- İslamTimes: Əfqanıstanda qadınlar "Taliban"ın təhsil siyasətinə etiraz ediblər. Text : "France 24"ün yaydığı xəbərə görə, bir neçə saat əvvəl təxminən 20 əfqanıstanlı qadın "Taliban"ın qızların təhsili ilə bağlı siyasətinə etiraz olaraq Təhsil Nazirliyinin yanında nümayiş keçirib. Qadınlar gənc qızların məktəbə getməsinə icazə verilməsini tələb ediblər. "Taliban" qüvvələri qadınların nümayişlərinə əvvəlki həftələrlə müqayisədə daha çox dözümlülük göstərsələr də çoxlu sayda jurnalistə hücum etdikləri bildirilib. Təxminən 1,5 saat davam edən aksiyaya heç bir müdaxilə olmayıb. /Eastnews/