Islam Times 18 Dec 2021 112021000000Sat, 18 Dec 2021 11:59:12 +0330 11:59 https://www.islamtimes.org/az/news/969065/nüvə-danışıqlarının-növbəti-turu-sonuncu-ola-bilər-iran -------------------------------------------------- Title : Nüvə danışıqlarının növbəti turu sonuncu ola bilər – İran -------------------------------------------------- İslamTimes: “Nüvə danışıqlarının növbəti turu sonuncu ola bilər. Bu razılaşmanın əldə edilməsi qarşı tərəfdən asılıdır." - İran XİN Text : “Nüvə danışıqlarının növbəti turu sonuncu ola bilər. Bu razılaşmanın əldə edilməsi qarşı tərəfdən asılıdır. İndiyə qədər keçirilən danışqlarda tərəflər razılaşma ilə bağlı yeni layihə hazırlayıblar. Orada İranın tələbləri keçir. Gələn danışıqlarda meyar bu layihə olacaq” SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Əli Baqiri-Kəni deyib. O, nüvə sazişinin bərpası ilə bağlı Vyanada aparılan danışıqların yeddinci turunun nəticələri barədə danışarkən qeyd edib ki, tərəflər razılaşma ilə bağlı yeni layihə hazırlayıblar və əgər qarşı tərəf istəsə danışıqların gələn turu sonuncu ola bilər. Qeyd edək ki, İran mənbələri növbəti turun 10 gün sonra və ya yeni il tətilindən sonra başlayacağını bildirirlər. Məlumata görə danışıqlarda fasilənin yaranması və ara verilməsini İran tərəfi istəyib. Lakin Avropa və ABŞ bu prosesdən məmnun deyillər.