Islam Times 5 Dec 2021 122021000000Sun, 05 Dec 2021 12:21:30 +0330 12:21 https://www.islamtimes.org/az/news/966978/bəə-milli-təhlükəsizlik-müşaviri-irana-səfər-edir -------------------------------------------------- Title : BƏƏ milli təhlükəsizlik müşaviri İrana səfər edir -------------------------------------------------- İslamTimes: BƏƏ milli təhlükəsizlik müşaviri İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin rəsmi dəvəti ilə İrana səfər edəcək Text : Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik üzrə müşaviri Şeyx Təhnun bin Zayed İran Ali Dini Liderinin nümayəndəsi və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin rəsmi dəvəti ilə sabah, dekabrın 6-da Tehrana səfər edəcək. Bu səfərdə o, iranlı həmkarı ilə görüşməklə yanaşı, bəzi digər yüksək rütbəli rəsmilərlə də müzakirələr aparacaq. İkitərəfli əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi və regionda baş verən son hadisələr Şeyx Təhnun bin Zayedin Tehrana səfəri zamanı müzakirə olunacaq mövzulardandır. Qeyd edək ki, Qırğızıstan Milli Təhlükəsizlik Şurasının sədr müavini də Əli Şamxaninin dəvəti ilə dekabrın 4-ü günortadan sonra Tehrana səfər edib.