Islam Times 28 May 2022 192022000000Sat, 28 May 2022 19:28:09 +0430 19:28 https://www.islamtimes.org/az/news/996579/iran-prezidenti-azərbaycan-xalqı-və-dövlətini-təbrik-edib -------------------------------------------------- Title : İran prezidenti Azərbaycan xalqı və dövlətini təbrik edib -------------------------------------------------- İslamTimes: İran İslam Respublikasının prezidenti İbrahim Rəisi 28 May Müstəqillik Günü münasibəti ilə Azərbaycan xalqı və dövlətini təbrik edib. Text : SalamNews xəbər verir ki, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi, İran Parlamentinin sədri Məhəmməd-Baqir Qalibaf, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, və bu ölkənin digər nazir və yüksək rütbəli rəsmiləri azərbaycanlı həmkarlarına ayrı-ayrılıqda məktub göndərərək, Müstəqillik Günü münasibətilə təbrik ediblər. İran rəsmiləri Azərbaycan dövlətinə və xalqına firavanlıq və xoşbəxtlik arzulayaraq, iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.