Islam Times 21 Nov 2022 122022000000Mon, 21 Nov 2022 12:41:31 +0330 12:41 https://www.islamtimes.org/az/news/1025937/şimali-koreya-bmt-nin-baş-katibi-abş-ın-agentidir -------------------------------------------------- Title : Şimali Koreya: BMT-nin baş katibi ABŞ-ın agentidir -------------------------------------------------- İslamTimes: Şimali Koreyanın xarici işlər naziri BMT baş katibinin ölkənin raket və müdafiə sınaqları ilə bağlı qərəzli mövqeyini kəskin tənqid edərək, onu ABŞ-ın agenti adlandırıb. Text : Ryan News-un məlumatına görə, Şimali Koreyanın xarici işlər naziri Çoi Sanq-hi BMT-nin baş katibi Entoni Quterreşin Koreya yarımadası məsələsi ilə bağlı “qərəzli” yanaşmasını tənqid edərək, onu ABŞ-ın agenti adlandırıb. O, bu barədə belə izah edib: Noyabrın 18-də BMT baş katibi Antoni Quterreş Şimali Koreyanın ABŞ-ın hərbi təhdidlərinə cavab olaraq özünümüdafiə hüququnun qanuni və ədalətli şəkildə həyata keçirilməsini “təxribat” adlandırıb. Son vaxtlar mən bəzən onun Ağ Evin və ya ABŞ Dövlət Departamentinin üzvü olduğunu təsəvvür edirəm.