Islam Times 20 Jan 2022 142022000000Thu, 20 Jan 2022 14:00:18 +0330 14:00 https://www.islamtimes.org/az/news/974654/abş-bu-şərtimizi-qəbul-etdi-kiyev-isə-rus-ekspert -------------------------------------------------- Title : ABŞ bu şərtimizi qəbul etdi, Kiyev isə... - Rus ekspert -------------------------------------------------- İslamTimes: Minsk razılaşmalarının həyata keçirilməsi dalana dirənib, Kiyev bu şərtləri yerinə yetirmək niyyətində deyil. Axar.az xəbər verir ki, bunu rusiyalı ekspert Valeri Qarbuzov deyib. Text : "ABŞ artıq üzərinə Ukraynada raketlər yerləşdirməmək barədə öhdəlik götürüb - bu, birinci məqamdır. Amma ikinci məqam ondan ibarətdir ki, Kiyev Minsk razılaşmalarına əməl etmək istəmir və Rusiya Almaniya, Fransa, ABŞ-ı Minsk razılaşmalarını yerinə yetirmək üçün Kiyevə təzyiq etməyə inandırmağa çalışır", - rusiyalı ekspert qeyd edib.